Gündəm / Siyasət / Cəmiyyət
12:05, 04 Aralık 2023
0

Mina terroruna görə Ermənistan təzminat ödəməlidir

Mina terroruna  görə  Ermənistan  təzminat ödəməlidir


Ermənistan mina terroruna görə Azərbaycana təzminat ödəməlidir.
Globalpress.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tank və piyada əleyhinə minaların basdırılması müharibə cinayətidir: “Beynəlxalq təşkilatlar, məhkəmələr bu məsələyə dətsək göstərməlidir. Ermənistan mina terror ilə bağlı bizə təzminat ödəməlidir”.

S.Əliyeva qeyd edib ki, minalar daha çox qəbiristanlıqlarda basdırılıb: “Çünki onlar bilirlər ki, qəbiristanlıqları ziyarət etmək bizim mentalitetdə var. Ona görə də ermənilər əsasən minaları o vaxt işğal etdiyi ərazilərdəki bizim vətəndaşlara məxsus evlərdə, qəbiristanlıqlarda basdırıblar”.
Digər xəbərlər: