Gündəm / Siyasət / Cəmiyyət
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Rusiyanın Baş ravvini Berl Lazarı qəbul edib.
Globalpress.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsində əhəmiyyəti vurğulanaraq, bu tədbirin dünya səviyyəsində dinlər və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi işinə böyük töhfə verəcəyi bildirildi.
Söhbət zamanı Azərbaycanda hökm sürən tolerant mühit barədə danışıldı, bütün dinlərin və xalqların nümayəndələrinin ölkəmizdə dinc şəraitdə bir ailə kimi yaşadıqları məmnunluqla qeyd edildi.
Daha çox xəbər:

Prezident İlham Əliyev qəbul keçirib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirak edirlər

İlham Əliyev: Azərbaycan Qərblə Şərq arasında mədəni körpü qurulmasına töhfə verir

Prezident İlham Əliyev Sankt-Peterburq şəhərinin qubernatorunu qəbul edib

Prezident AŞ- nın Baş katibini qəbul edib