Gündəm / Siyasət / Cəmiyyət
Prezident İlham Əliyev qəbul keçirib

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 30-da ABŞ-nin Mormon Kilsəsinin rəhbər heyəti, “On iki Həvari Kvorumu”nun üzvü Deyvid Bednarı, Mormon Kilsəsinin “Yetmiş Həvari Kvorumu”nun üzvü Cek Gerardı, Stirlinq Fondunun prezidenti Mayls Hanseni və Stirlinq Fondunun baş icraçı direktoru Edvard Rounu qəbul edib.
Globalpress.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Görüşdə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəminə toxunularaq, bu tədbirin beynəlxalq miqyasda mədəniyyətlərarası dialoqun genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.
Forumda müxtəlif ölkələrdən çox sayda nüfuzlu qonağın iştirak etməsi bu tədbirə dünyada göstərilən marağın nümunəsi kimi dəyərləndirildi.
Söhbət zamanı Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfə barədə danışıldı, ölkəmizdə tarixən müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin vahid bir ailə kimi dinc və sülh şəraitində yaşadıqları məmnunluqla vurğulandı.

Daha çox xəbər:

İlham Əliyev: Azərbaycan Qərblə Şərq arasında mədəni körpü qurulmasına töhfə verir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirak edirlər

Prezident İlham Əliyev Sankt-Peterburq şəhərinin qubernatorunu qəbul edib

ABŞ-da Azərbaycanla bağlı daha bir bəyannamə qəbul edildi - VİDEO

İlham Əliyev Mərkəz sədrini qəbul edib