Gündəm / Siyasət / Dünya
17:15, 24 Nisan 2024
0

AP İrana qarşı sanksiyalara çağırır

AP İrana qarşı sanksiyalara çağırır


Avropa Parlamentinin Belçikadan olan üzvü Assita Kanko İranın aprelin 13-dən 14-nə keçən gecə İsrailə hücumu ilə əlaqədar Tehrana qarşı yeni sanksiyaların tətbiqinə çağırıb.
Globalpress.az- ın məlumatına görə, Kanko Avropa İttifaqının diplomatiya rəhbəri Cozep Borrellə ​​müraciətində ölkəyə ballistik raketlərin yaradılması üçün komponentlərin tədarükünə qadağa qoyulmasını nəzərdə tutan yeni sanksiyalar növü təklif edib.

Qeyd edək ki, aprelin 1-də İsrail Suriyanın paytaxtı Dəməşqdə İran səfirliyinin yanındakı binaya hücum edib. Hücum zamanı diplomatik missiya binası dağıdılıb, 16 nəfər həlak olub. Aprelin 13-dən 14-nə keçən gecə isə İran İsrailə hücüm edib.
Digər xəbərlər: