Gündəm / Siyasət / Cəmiyyət
14:40, 23 Nisan 2024
0

Azərbaycanın Aİİ- na daxil olmaq planı yoxdur

Azərbaycanın  Aİİ- na daxil olmaq planı  yoxdur


Bakının Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmaq planları yoxdur.
Globalpress.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib.

“Bizim belə planlarımız yoxdur. Amma deyə bilmərik ki, bu, gələcəkdə müzakirə predmeti ola bilməz. Hər şey bu yaxınlaşmadan biz hansı əlavə iqtisadi fayda əldə edəcəyimizdən asılı olacaq. Əgər onları görsək, qərar qəbul edəcəyik. Əgər yox, o zaman biz hazırda mövcud olan əməkdaşlıq səviyyəsi ilə kifayətlənəcyik”, – İ.Əliyev Bakıda keçirilən beynəlxalq konfransda deyib.

Dövlət başçısı bildirib ki, biz Avrasiya İqtisadi Birliyin bəzi tədbirlərinə Prezident və Baş nazir səviyyəsində dəvət edilmişik.

Avrasiya İqtisadi Birliyin tədbirlərində bir dəfə fəxri qonaq kimi iştirak etdiyini xatırladan dövlətimizin başçısı vurğulayıb: "Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv bütün ölkələrlə Azərbaycanın çox sıx tərəfdaşlıq münasibətləri var."
Digər xəbərlər: