Gündəm / Siyasət / Cəmiyyət
Əliyev bu iclasa ilk dəfə qatılacaq

Bu gün ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasında qonaq qismində iştirak edəcək.
Globalpress.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
"Bundan əlavə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Prezidenti Emoməli Rəhmon da iclasa videobağlantı vasitəsilə qoşulacaqlar”, - Peskov deyib.
Xatırladaq ki, Ali Avrasiya İqtisadi Şurası İqtisadi Birliyə üzv dövlətlərin başçılarının daxil olduğu Avrasiya İqtisadi İttifaqının ali orqanıdır. Aİİ üzvləri Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Ermənistandır.
Mənbə/ TASS/
Daha çox xəbər:

Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edib -

Putin Azərbaycanın əhəmiyyətindən danışıb

"Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə qarşılıqlı əlaqələri möhkəmləndirmək fikrindəyik" -

Bu ölkə başçıları paradda iştirak edəcəklər

Paşinyan Rusiyaya səfər edib