Gündəm / Siyasət / Cəmiyyət
İlham Əliyev: “Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”

Artıq söylədiyim kimi, dırnaqarası “Dağlıq Qarabağ” amili artıq yoxdur. Ermənistan tərəfi "DG"-ın sülh sazişində olmamasına razılaşıblar. Bu o deməkdir ki, əsas maneə artıq mövcud deyil.
Globalpress.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda deyib.
Dövlət başçısı əlavə edib: “Əgər onlar o qədər də vacib olmayan bəzi terminlərdən yapışsalar, onda biz aydın şəkildə görəcəyik ki, bu vaxtdan istifadə edərək daha çox silahlanmaq və bizə yenidən hücum etmək istəyirlər. Lakin biz onlara belə bir şansı verməyəcəyik”.
Daha çox xəbər:

Azərbaycanın Aİİ- na daxil olmaq planı yoxdur

Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olacaq

İlham Əliyev: “Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur”

Biz özümüzü dünyanın hər yerində rahat hiss edirik