Gündəm / Siyasət / Dünya
ABŞ Yaponiyaya F-22 qırıcıları yerləşdirir

ABŞ Hərbi Hava Qüvvələri (HHQ) Yaponiyanın Okinava şəhərindəki “Kadena” aviabazasına F-22 “Raptor” döyüş təyyarələrinin yerləşdirilməsinə başlayıb.
Gloxəbər verir ki, ABŞ HHQ-nin açıqlamasında bildirilib.
Açıqlamada qeyd olunub ki, F-22-lərin Yaponiyaya yerləşdirilməsi ABŞ-nin Hind-Sakit okean regionunda sabitlik və təhlükəsizliyin təmin edilməsinə sadiqliyini vurğulayır.
Məlumata görə, “Kadena” aviabazasında yerləşdirilən təyyarələr bazada yerləşdirilmiş mövcud kəşfiyyat və dördüncü nəsil döyüş təyyarələri, eləcə də digər beşinci nəsil döyüş təyyarələri ilə əməkdaşlıq edəcək.