Gündəm / Siyasət / Dünya
ABŞ Estoniyaya qırıcı göndərir

ABŞ Estoniyanın paytaxtı Tallin yaxınlığındakı “Emari” aviabazasına beşinci nəsil “F-22 Raptor” qırıcılarından ibarət eskadron yerləşdirib.
Globalpress.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı komandanlığı məlumat yayıb.
Onlar F-22-nin “Baltik dənizi regionunda təcavüzün qarşısını almaq üçün” Polşadan Estoniyaya gəldiyini qeyd ediblər.
Aprelin əvvəlində 12 ədəd F-22 qırıcısı ABŞ-dan Polşanın “Povidz” aviabazasına “NATO-nun şərq cinahında birləşmiş hava və raketdən müdafiə imkanlarını tamamlamaq üçün mühüm missiya təmin etmək üçün” yerləşdirilib.