Gündəm / Cəmiyyət / İqtisadiyyat
Hesablama Palatasında mətbuat konfransı keçirilib

Bu gün Hesablama Palatasının 2023-cü ildə görülən işləri və qarşıda duran hədəflərinə dair mətbuat konfransı keçirilib.
Globalpress.az- ın məlumatına görə, konfransda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edib.
Sədr ilk növbədə ötən il həyata keçirilən və qarşıda duran işlər barədə məlumat verib. Daha sonra isə media nümayəndələrinin suallarını cavablandırıb.
Sədr bildirib ki, 2023-cü ildə Hesablama Palatasının analitik fəaliyyəti 3 milyard 623,3 milyon manat vəsaiti əhatə edib: 4 analitik fəaliyyət həyata keçirilib, bunlardan 3-ü başa çatdırılıb. Aşkar olunmuş nöqsanların ümumi məbləği 1 milyard 971,9 milyon manat təşkil edib. Büdcəyə dəymiş ziyan 103,2 milyon manat müəyyən olunub.
V.Gülməmmədov onu da qeyd edib ki, Hesablama Palatası "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə rəyini təqdim etməyə hazırlaşır: Rəy təxminən may ayının ortalarında təqdim olunacaq. Artıq Maliyyə Nazirliyi büdcənin icrası ilə bağlı qanun layihəsini bizə təqdim edib.
“Cari ildə Bakı Metropolitenində büdcədən kənar fondlarda dövlət borcunun auditini həyata keçirməyi planlaşdırırıq. Cari ildə 45 audit həyata keçirməyi planlaşdırırlar”,- deyə Palatanın sədri sonda bildirib.