Gündəm / Cəmiyyət / Sosial
09:40, 04 Nisan 2024
0

Bakıda tozlu hava müşahidə olunur

Bakıda  tozlu hava müşahidə olunur


Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Globalpress.az xəbər verir ki, ETSN-dən verilən məlumata görə, Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır.



“Havada müşahidə olunan toz meteoroloji vəziyyətlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb istiqamətli küləklərin yerin üst quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır. Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir”, - o deyib.
Digər xəbərlər: