Gündəm / Siyasət / Dünya
ABŞ Rusiyada seçkilərin azad və ədalətli olmadığını bildirib

Ağ Ev Rusiyadakı prezident seçkilərində Vladimir Putinin qələbə qazanmasını şərh edib.
Globalpress.az xəbər verir ki, Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi seçkinin azad və ədalətli keçmədiyini deyib.
“Putinin siyasi rəqiblərini həbs etdiyini və başqalarının seçkidə ona qarşı mübarizə aparmasının qarşısını aldığını nəzərə alsaq, bu, azad və ədalətli seçki deyil”, – Kirbi qeyd edib.