Gündəm / Siyasət / Dünya
10:34, 02 Ağustos 2023
0

Vaqner NATO üçün təhlükəli deyil

Vaqner NATO  üçün  təhlükəli  deyil


Vaqnerin Polşaya və ya onun NATO müttəfiqlərindən hər hansı birinə təhlükə yaratdığına dair heç bir əlamət yoxdur.

Globalpress.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bu barədə onlayn mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. Kirbiyə Rusiyanın özəl təhlükəsizlik şirkəti Vaqner qrupuna aid muzdluların Belarusda olması və bu çərçivədə Polşa və Litvanın xəbərdarlıqları ilə bağlı sual verilib. Kirbi Vaqner əsgərlərinin olduğu yerlər barədə məlumat verməyəcəklərini, ancaq bəzilərinin Afrikada, bəzilərinin isə hələ də Ukraynada olduqlarına inandıqlarını, “qeyri-sabitlik” yaratmağa davam etdiklərini söylədi.

Kirbi isə Ukraynadakı qarşıdurmalarda Vaqnerin heç bir təsirinin olmadığını müşahidə etdiyini və bəzi üzvlərinin Belarusa getdiyini diqqətə çəkib. Vaqnerin Polşa və ya NATO müttəfiqlərindən hər hansı birinə xüsusi təhlükə yaratdığından xəbərsiz olduqlarını deyən Kirbi, bu kontekstdə baş verənləri yaxından izlədikləri mesajını verib.

Con Kirbi NATO Müqaviləsinin 5-ci maddəsinə sadiq olduqlarını vurğulayaraq, bir üzvə hücumu bütün üzvlərə hücum hesab edir, bunun birgə müdafiəni şərtləndirdiyini, ABŞ prezidenti Co Baydenin dediyi kimi NATO-nun ərazisinin hər qarışını müdafiə etdiyini vurğulayıb.
Digər xəbərlər: