Gündəm / Siyasət / Cəmiyyət
12:20, 14 Mart 2024
0

Böyük Britaniyanın baş naziri Bakı Forumunun iştirakçılarına məktub ünvanlayıb

Böyük Britaniyanın baş naziri  Bakı Forumunun  iştirakçılarına  məktub ünvanlayıb


Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün tarixi fürsət var.
Globalpress.az- ın məlumatına görə , bunu Böyük Britaniyanın baş naziri Rişi Sunakın “Parçalanmış Dünyanın Bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı məktubda yer alıb.

"Azərbaycan özünün gələcəyi ilə bağlı yol kəsişməsindədir. Hazırda Ermənistanla münaqişəyə son qoymaq üçün tarixi fürsət var. Bu ilin noyabrında sülh sazişi imzalandığını görmək sevindirici olardı. Dünyanın təlatümlü olduğu dövrdə fürsətdən yararlanaraq Azərbaycana nəzər salırıq. Azərbaycanla Böyük Britaniyanın münasibətləri inkişaf etməkdədir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Britaniya Azərbaycanın yanında olacaq”, - o bildirib.

Qeyd edək ki, Rişi Sunakın məktubunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld səsləndirib.
Digər xəbərlər: