Gündəm / Siyasət / Cəmiyyət
ABŞ Dövlət Departamentinin baş müşaviri Bakıya gələcək

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə Azərbaycana səfər edəcək.
Globalpress.az xəbər verir ki, bu barədə ABŞ-nin Bakıdakı səfirliyi məlumat yayıb.
"ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə regiona səfəri zamanı Azərbaycan və Ermənistan arasında davamlı sülh sazişinin əldə olunması üzrə səyləri müzakirə etmək üçün Azərbaycanın yüksək vəzifəli rəsmiləri ilə görüşəcək", - deyə səfirlikdən bildirilib.
Qeyd edək ki, Lui Bono bu gün İrəvana səfər edib. O, Ermənistan xarici işlər naziri ilə görüşüb.
Daha çox xəbər:

Departamentin baş müşaviri regiona səfər edəcək

ABŞ-ın Qafqaz üzrə baş müşaviri Şəhidlər xiyabanında

ABŞ Dövlət Departamentinin baş katibi Mirzoyanla görüşüb

Lui Bono: “ABŞ Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhün tərəfdarıdır”

ABŞ-nin Qafqaz üzrə yeni baş məsləhətçisi Azərbaycana gəlir