Gündəm / Siyasət / Cəmiyyət
Biz Azərbaycanın qələbəsinə ürəkdən sevinirik

Biz Azərbaycanın tarixi qələbəsinə və ölkənin bütün ərazisində suverenliyini bərpa etməsinə ürəkdən sevinirik.
Globalpress.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Bakıda keçirilən Azərbaycan və Qazaxıstan Ali Dövlətlərarası Şurasının 1-ci iclasında deyib.
“Biz ticari-iqtisadi, investisiya əməkdaşlığımız, beynəlxalq aləmdə qarşılıqlı fəaliyyətimizlə bağlı sözün əsl mənasında bütün məsələləri ətraflı müzakirə etdik və ümumi nəticələrə gəldik. Qazaxıstan və Azərbaycan əslində strateji tərəfdaşdır, müttəfiq dövlətlərdir. Hökumətlərin bu gün imzalanmış sənədlər və sazişlər şəklində əldə olunacaq razılaşmaları həyata keçirəcəyini başa düşsək, perspektivlər çox yaxşıdır”, - o bildirib.
Daha çox xəbər:

Azərbaycan Qazaxıstan üçün qardaş ölkədir

Özbəkistan Prezideti: “Azərbaycan bizim üçün zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır”

Tokayev: “Bakıya xüsusi missiya ilə gəlmişəm”

Qazaxıstan prezidenti Azərbaycana gəldi

Azərbaycan lideri Kasım-Jomart Tokayevi yenidən Qazaxıstan Prezidenti seçilməsi münasibətilə təbrik edib