Gündəm / Sosial / Dünya
BMT- nin Baş katibi Antonio Quttereş müsəlmanları təbrik etdi

BMT-nin Baş katibi Antonio Quterreş müqəddəs Ramazan ayının başlanması münasibətilə müsəlmanları təbrik edib.
Globalpress.az xəbər verir ki, Baş katib təbrik mesajında qeyd edib:
“Ramazan ayı sülhün, mətanətin və səxavətin rəmzidir. Bu ay, həmçinin düşüncələr və ibadətlər, bir araya gələrək bir-birini dəstəkləmək dövrüdür”.
BMT-nin rəhbəri sonra təəssüflə qeyd edib ki, bir çoxları Ramazan ayını münaqişələr, məcburi köç və qorxu şəraitində qeyd edəcəklər. O vurğulayıb: “Əvvəlcə, Qəzzada baş verən dəhşətli hadisələrdən əziyyət çəkən insanlara öz dəstəyimi və həmrəyliyimi ifadə etmək istəyirəm. Belə ağır vaxtda Ramazan ümid və ümumbəşər dəyərlərin xatırladılması yolunda mayakdır”.
Antonio Quterreş fikir ayrılıqlarını aradan qaldırmağa, köməyə ehtiyacı olanları dəstəkləməyə və “bəşər ailəsinin hər bir üzvünün” təhlükəsizliyini gücləndirmək üçün birgə fəaliyyət göstərməyə çağırıb.
“Qoy bu müqəddəs ay sülh gətirsin və bizi daha ədalətli və mərhəmətli dünyaya doğru istiqamətləndirsin”, - deyə Antonio Quterreş mesajına yekun vurub.
Daha çox xəbər:

BMT Baaş katibi: "Ramazan mərhəmət və şəfqət ayıdır" Ramazan ayının başlanması münasibətilə BMT-nin Baş katibi Antonio Quterreş videomüraciət ünvanlayıb

BMT- nin Baş katibi İsrail və HƏMAS - a çağırış edib

Antonio Quterreş İsrailə müraciət edib

BMT-nin Baş katibi: “Növbəti pandemiyalara hazırlaşmaq lazımdır” - FOTO

Birinci xanım Azərbaycan xalqını təbrik edib