Gündəm / Siyasət / Dünya
İranda parlament seçkiləri keçirilir

Globalpress.az xəbər verir ki, İranda bu gün ölkənin 290 yerlik parlamentinə seçkilər keçirilir. Ölkənin 87 milyon vətəndaşının 61 milyondan çoxunun səsvermə hüququ var.
Seçkilərə buraxılmış 1000-dən çox namizəd qadındır. İran Konstitusiyasına görə, parlamentdə 5 yer dini azlıqların nümayəndələrinə ayrılmalıdır.
Habelə bu gün İranın xüsusi dövlət orqanına - ölkənin ali rəhbərini seçən Ekspertlər Şurasına seçkilər keçirilir. Şurada 88 yer uğrunda 144 namizəd mübarizə aparacaq. Ekspertlər Şurası 8 il müddətinə seçilir.
Mənbə İRNA