Gündəm / Siyasət / Dünya
Bu gün Macarıstan parlamenti İsveçin NATO- ya üzv olması üçün səs verəcək

Macarıstan parlamentinin bu gün İsveçin NATO-ya daxil olmasının ratifikasiyasına səs verəcəyi gözlənilir.
Globalpress.az xəbər verir ki, fevralın 26-da keçiriləcək sessiyanın gündəliyinə İsveçin NATO-ya qəbulu ilə bağlı səsvermə daxildir. Burada İsveçin tələbinin dəstəklənməyi planlaşdırılır.
Qeyd edək ki, fevralın 23-də İsveçin Baş naziri Ulf Kristersson macarıstanlı həmkarı Viktor Orban ilə bir sıra məsələləri müzakirə etmək üçün Budapeştə səfər edib. Orban söhbəti “maraqlı, həyəcanlı və məhsuldar” adlandırıb. O, parlamentin bazar ertəsi səsvermədə lazımi qərarlar qəbul edəcəyini söyləyib.
Tərəflər, həmçinin müdafiə sahəsində əməkdaşlıq və Macarıstanın Aİ-yə sədrliyinə hazırlıq məsələlərini müzakirə ediblər.
Macarıstan parlamenti fevralın 5-də növbədənkənar iclas zamanı İsveçin alyansa üzvlüyünə səs verməyi planlaşdırırdı. Lakin Fides partiyasının deputatları səsverməni boykot edərək iclasa gəlməyiblər. Qərb mətbuatının yazdığına görə, Fides belə bir səsvermənin yalnız qış tətilindən sonra parlament işə qayıtdıqdan və İsveçin Baş naziri Ulf Kristerssonun Budapeştə səfərindən sonra keçirilməsini müdafiə edib.