Gündəm / İqtisadiyyat / Dünya
Yeni Zelandiya Ukraynaya yardım göndərir

Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb.
Globalpress.az xəbər verir ki, o, Rusiya müəssisələri və vətəndaşlarına qarşı əlavə sanksiyalar tətbiq edəcəyinə söz verib.
Petersin sözlərinə görə, Yeni Zelandiya 16 milyon dollar həcmində yeni yardım paketi ilə son 2 ildə Kiyevə ayrılan vəsaitin ümumi həcmi 62 milyon dollara çatacaq.
"Bu, bizim Ukraynaya sarsılmaz dəstəyimizi və beynəlxalq nizamı müdafiə etmək üçün güclü öhdəliyimizi nümayiş etdirir", - deyə nazir vurğulayıb.