Gündəm / Siyasət / Cəmiyyət
İlham Əliyev və Paşinyan Münxendə ikitərəfli görüş keçirib

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan üçtərəfli formatda keçirilən görüşdə sülh müqaviləsi ətrafında işi davam etdirmək barədə razılığa gəliblər.
Globalpress.az xəbər verir ki, bu gün Almaniyada Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Almaniya kansleri Olaf Şolz və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş olub.
Verilən məlumata görə, görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesi və regionda sülh və sabitliyin təmin edilməsinə yönəlmiş addımlar müzakirə olunub.
Sülh müqaviləsi üzərində işi davam etdirmək barədə razılıq əldə olunub.
Daha çox xəbər:

Brüsseldə İlham Əliyevlə Nikol Paşinyan arasında təkbətək görüş keçirilib

Amerikalı səfirdən Bakı və İrəvana çağırış...

Nikol Paşinyan Brüssel danışıqları barədə ABŞ-ın dövlət katibini məlumatlandırıb

Paşinyan İlham Əliyevlə görüşündən danışdı

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə bəyanatı