Gündəm / Hadisə / Dünya
12:55, 14 Şubat 2024
0

İsrail- HƏMAS qarşıdurmasında ölən jurnalistlərin sayı açıqlanıb

İsrail- HƏMAS  qarşıdurmasında ölən jurnalistlərin sayı açıqlanıb


Yaxın Şərqdə münaqişənin hazırkı mərhələsi başlayandan bəri 125-ə yaxın jurnalist həyatını itib.
Globalpress.az xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti, Trinidad və Tobaqonun sabiq Baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensis (Dennis Francis) "X" hesabında yayıb.

O, sözügedən dövr ərzində çoxlu sayda insanın ağır yaralandığını da diqqətə çatdırıb.

"Beynəlxalq hüquqla qorunan və bizi xəbərdar edən jurnalistlərə qarşı edilən bütün hücumları qətiyyətlə pisləyirəm", - deyə D. Frensis əlavə edib.
Digər xəbərlər: