Gündəm / Siyasət / Dünya
BMT Azərbaycana təşəkkür edib

BMT Baş Assambleyasının hazırkı, 78-ci sessiyasının prezidenti Trinidad və Tobaqonun sabiq Baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensis Qoşulmama Hərəkatına (QH) üç il müddətində sədrliyi dövründəki səmərəli fəaliyyətlərinə görə Azərbaycana təşəkkür edib.
Globalpress.az- ın məlumatına görə, BMT-nin Nyu-Yorkdakı qərargah binasında Azərbaycanın ev sahibliyi ilə baş tutan Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun səfirlər səviyyəsində görüşündə çıxış edən D.Frensis Azərbaycanın QH-na üç illik sədirliyi dövründə aktiv və dolğun fəaliyyətlərindən, reallaşdırdığı genişmiqyaslı layihələrdən bəhs edib, üzv dövlətlərə verdiyi tövhələrini dilə gətirib.
O, QH-nın 60 illik fəaliyyəti müddətində sülh və təhlükəsizlik, davamlı inkişaf və insan hüquqları sahələrində BMT-nin işinə verdiyi töhfələrdən danışıb, dünyanı narahat edən müxtəlif problemli məsələlərin həllində QH-nın önəmini vurğulayıb: “Bizi narahat edən müxtəlif məsələlərin həlli yollarını axtararkən, mən sizin və Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun dəstəyinə arxalanmağa davam etməyə çağıracam. Geosiyasi vəziyyətin çoxtərəfliliyə inamın əngəllədiyini, münaqişələrin və qeyri-sabitliyin çox olması dayanıqlı inkişaf məqsədlərinə nail olunmanın xeyli geridə qalmasına və pandemiyanın və iqlim dəyişikliyinin təsirləri bir çox cəmiyyətləri sıxışdırmaqda davam edir.
BMT Baş Assambleyasının 78-ci Sessiyasında bütün bunlar hamımızı narahat edən məsələlər olmalıdır. Baş Assambleyanın bu 78-ci Sessiyasında mən xüsusi olaraq Qoşulmama Hərəkatına güvənəcəyəm və Sülh, Rifah, Tərəqqi və Davamlılıq kimi dörd şüarıma xüsusi diqqət yetirəcəyəm”.