Gündəm / Siyasət / Dünya
ABŞ Türkiyəyə F 16 - ların satışını təsdiqləyib

ABŞ Konqresi Türkiyəyə 40 yeni “F-16” qırıcısının satışı və mövcud “F-16” qırıcılarının modernləşdirilməsi ilə bağlı müqaviləni təsdiqləyib.
Globalpress.az xəbər verir ki, bu barədə Amerikanın Ankaradakı səfirliyi özünün “X” səhifəsində məlumat yayıb.
Amerikanın Türkiyədəki səfiri Cefri Fleykin bəyanatında deyilir: “Konqresin bu həftə Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş “F-16” təyyarəsi almasına razılıq verməsi irəliyə doğru atılmış böyük addımdır. Türkiyənin “F-16” donanması müttəfiqlər arasında gələcək qarşılıqlı fəaliyyətin təmin edilməsində NATO qüvvələri üçün çox vacibdir”.
Daha çox xəbər:

F 16 - ların satışı nəzərdən keçiriləcək

ABŞ-ın F-16 qırıcılarını Ankaraya verməsi bunlardan asılı olacaq - Türkiyə mediası

Türkiyə bu texnologiyaya sahib olmalıdır

ABŞ Dövlət Departamenti Türkiyəyə “F-16”-ların satışına icazə verilməsi üçün Konqresə müraciət edib

Türkiyəyə F16- ların tədarükündə problem ola bilər