Gündəm / Siyasət / Dünya
20:33, 14 Ocak 2023
0

ABŞ Dövlət Departamenti Türkiyəyə “F-16”-ların satışına icazə verilməsi üçün Konqresə müraciət edib

ABŞ Dövlət Departamenti Türkiyəyə “F-16”-ların satışına icazə verilməsi üçün Konqresə müraciət edib


ABŞ Dövlət Departamenti Türkiyəyə yeni “F-16” qırıcılarının satışına və hazırda Ankaraya məxsus olan eyni tipli təyyarələrin modernizasiya olunmasına icazə verilməsi üçün Konqresə müraciət edib.

Globalpress.az bu barədə Türk mediasına istinadən xəbər verir.

Məlumata görə, departament bununla bağlı qərar layihəsini Nümayəndələr Palatası və Senatın müvafiq komitələrinin rəhbərlərinə və təcrübəli üzvlərinə təqdim edib, ilkin qiymətləndirilməsinin aparılmasını istəyib.

Dövlət Departamentinin bu xəbəri gələn həftə rəsmi şəkildə açıqlayacağı gözlənilir.

Xatırladaq ki, ABŞ-ın xarici ölkələrə silah, sursat və digər hərbi təyinatlı məhsullar satmasına Konqres icazə verməlidir. Qanunverici orqan NATO üzvü olan ölkələrə silah satışı ilə bağlı mövqeyini 15 gün, Alyansdan kənar dövlətlər üzrə isə 30 gün ərzində bildirir.
Digər xəbərlər: