Gündəm / Siyasət / Cəmiyyət
08:15, 06 Şubat 2024
0

Seçkiylə əlaqədar təşviqat dayandırılıb

Seçkiylə  əlaqədar  təşviqat  dayandırılıb


Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat dayandırılıb.
Globalpress.az xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına 2024-cü il yanvarın 15-i başlanılıb və təşviqat fevralın 6-sı saat 8.00-da dayandırılmalıdır.
Digər xəbərlər: