Gündəm / Siyasət / Cəmiyyət
Gələn həftədən seçkiqabağı təşviqat aparılması başlanılacaq

Gələn həftədən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq.
Globalpress.az xəbər verir ki, prosesə yanvarın 15-də start veriləcək.
Fevralın 6-sı saat 8:00-da təşviqatın aparılması dayandırılacaq.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.
Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:
1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev
7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
Daha çox xəbər:

Sabahdan prezident seçkilərinin təşviqat kampaniyası başlayacaq

Bu gündən seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq

Prezidentliyə namizədliyin qeydə alınması prosesi başa çatıb

Sabah prezidentliyə namizədlərin sənədləri qeydiyyat üçün MSK- ya təqdim oluna bilər

YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb