Gündəm / Hadisə / Dünya
18:00, 04 Aralık 2023
0

Qəzzada ölənlərin sayı artıb

Qəzzada ölənlərin sayı artıb


Qəzza zolağında ölən fələstinlilərin sayı 16 min nəfərə yaxınlaşır.
Globalpress.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, 7 oktyabrdan indiyə qədər HAMAS-la İsrail ordusu arasında gedən döyüşlər nəticəsində Qəzza zolağında 15 899 nəfər fələstinli ölüb.

Həlak olanların təxminən 70 faizinin qadın və uşaqlar olduğu bildirilib.
Digər xəbərlər: