Gündəm / Siyasət / Dünya
11:15, 02 Şubat 2024
0

Metyu Miller təxribata uymadı

Metyu Miller təxribata uymadı



ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller ermənipərəst jurnalistin təxribatına uymadı.

Globalpress.az xəbər verir ki, Metyu Miller brifinqdə Azərbaycanda keçiriləcək Prezident seçkiləri ilə bağlı təxribatçı sualı, xüsusən ATƏT-in “hesabat”ını şərh etməkdən imtina edib.

“Azərbaycanın daxili seçkiləri ilə bağlı sadəcə heç bir şərhim yoxdur”, – o deyib.

Jurnalist müzakirəni davam etdirməyə çalışıb, lakin Miller digər mövzuya keçib.

Xatırladaq ki, bir qədər əvvəl ATƏT-in Azərbaycanda keçiriləcək Prezident seçkiləri ilə bağlı hazırladığı ilkin hesabatda seçkilərin şərtləri ilə bağlı bəzi problemlərin olduğu qeyd edilib.

Eyni zamanda, ATƏT-in Parlament Assambleyasından (PA) olan 80-dən çox müşahidəçi fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri üçün ölkəmizə gələcək. Bu, 1995-ci ildən indiyədək ATƏT PA-nın Azərbaycanda onuncu seçki müşahidəsi olacaq

2023-cü il dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il fevralın 7-də ölkədə növbədənkənar Prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.
Digər xəbərlər: