Gündəm / Siyasət / Cəmiyyət
00:10, 25 Ocak 2024
0

Qazaxıstan Azərbaycana müşahidəçi göndərəcək

Qazaxıstan  Azərbaycana müşahidəçi  göndərəcək


Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 7-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərini müşahidə etmək üçün ölkəmizə gələcək heyətin tərkibini təsdiqləyib.
Globalpress.az Secki-2024.az-a istinadən xəbər verir ki, bununla bağlı Qazaxıstan MSK yanvarın 23-də “Qazaxıstan Respublikasından olan müşahidəçilərin siyahısının təsdiq edilməsi haqqında” Qərar qəbul edib.

Qərara əsasən, Azərbaycanda Prezident seçkilərini Qazaxıstandan 19 müşahidəçi izləyəcək.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Digər xəbərlər: