Gündəm / Siyasət / Dünya
ABŞ- ın Yaxın Şərqdə Türkiyəyə ehtiyacı var

Globalpress.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı Vaşinqtona səfərə dəvət etməyi planlaşdırır.
Ankaranın İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu ratifikasiya etməsi onun Vaşinqtonla münasibətlərindəki ab-havanı yumşaldıb.
Nəşr qeyd edir ki, ABŞ-ın Yaxın Şərqdə Türkiyənin mövcudluğuna ehtiyacı var: “Türkiyənin ABŞ-ın beşinci nəsil F-35 qırıcıları ilə tədarükü məsələsi həll olunarsa, o zaman hər iki dövlət arasında münasibətlərdə yeni vəziyyət yaranacaq. Ərdoğan İsveçin NATO-ya üzvlüyü məsələsində səbəbsiz güzəştə getmədi. Bundan başqa, ABŞ-ın Yaxın Şərqdə Türkiyəyə ehtiyacı var. Bayden seçkiyə gedən yolda İraq və Suriyadan qoşunların çıxarılmasını müzakirə edir. Bu vəziyyətdə Türkiyəyə ehtiyac yaranır”.
Nəşr qeyd edir ki, Baydenin Ərdoğanı ABŞ-a dəvət etmək niyyəti onların münasibətlərində yumşalma yarada bilər. Türkiyə liderinin bu dəvəti qəbul etməyi planlaşdırıb-qalmadığı açıqlanmır.