Gündəm / Siyasət / Dünya
17:40, 02 Şubat 2024
0

Aİ Ukrayna ilə müzakirələr aparacaq

Aİ Ukrayna  ilə müzakirələr  aparacaq


Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri fevralın 3-də Brüsseldə qeyri-rəsmi görüşdə Ukrayna ilə strateji münasibətlərə dair geniş fikir mübadiləsi aparacaqlar.
Globalpress.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Aİ-nin xarici siyasət məsələləri üzrə mətbuat katibi Piter Stano bildirib.

“Ukrayna həmişə xarici işlər nazirlərinin müzakirələrinin gündəmində olan bir mövzudur. Amma bu dəfəki müzakirə strateji baxımdan daha geniş, daha ümumi xarakter daşıyacaq, çünki bütün konkret məsələlər artıq XİN başçılarının rəsmi görüşləri çərçivəsində müzakirə olunur”, - o vurğulayıb.

Bildirilib ki, Ukrayna ilə yanaşı, Aİ-Afrika və Aİ-Türkiyə münasibətləri də görüşün mərkəzi mövzuları kimi müəyyən edilib.
Digər xəbərlər: