Gündəm / Hadisə / Dünya
09:07, 27 Ekim 2023
0

Qəzzada ölənlərin sayı artır

Qəzzada  ölənlərin sayı artır


Qəzzada ölənlərin sayı 7028-ə çatıb.
Globalpress.az xəbər verir ki, bu haqda Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına əsasən, ölənlərin 2913-ü uşaq, 1709-u qadındır. Yaralıların sayı 18484-ə çatıb.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.
Digər xəbərlər: