Gündəm / Siyasət / Cəmiyyət
07:00, 31 Ocak 2024
0

Bu gün sərhəd məsələləri üzrə Komissiyanın iclası keçiriləcək

Bu gün sərhəd  məsələləri üzrə  Komissiyanın  iclası keçiriləcək


Bu gün Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti iclasının keçirilməsi nəzərdə tutulur.
Globalpress.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın aparatından bildirib.

Sayca 6-cı iclasda komissiyanın əsasnaməsi də müzakirə olunacaq.

Bundan əvvəl qeyd olunub ki, iclasda üçüncü tərəfin iştirakı planlaşdırılmır.

Qeyd edək ki, komissiyaya Azərbaycan tərəfdən Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə M.Qriqoryan sədrlik edir.

Komissiyanın beşinci iclası ötən il noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədində keçirilib.
Digər xəbərlər: