Gündəm / Cəmiyyət / Hadisə
18:32, 20 Aralık 2023
0

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb


Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bu çərçivədə, Bakı şəhəri, Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində qeyri-yaşayış obyektinin qanunsuz tikintisinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.





Digər xəbərlər: