Gündəm / Hadisə / Dünya
Qəzzada ölənlərin sayı artır

Qəzza zolağında ölənlərin sayı 18 min 800-ə çatıb.
Globalpress.az- ın məlumatına görə, bu barədə Qəzza hökuməti məlumat yayıb.
Müharibənin 70-ci günü ilə bağlı məlumatlarda qeyd olunub ki, ölənlərdən 8 mini uşaq, 6200-ü qadındır.
Ölənlər arasında 300 tibb işçisi, 32 mülki müdafiə zabiti və 89 jurnalist var.
Yaralıların sayı 51 minə yüksəlsə də, 7500 itkin düşmüş sayılır.