Gündəm / Siyasət / Dünya
00:05, 20 Kasım 2023
0

Fələstin- İsrail müharibəsində ölənlərin sayı açıqlanıb

Fələstin- İsrail  müharibəsində  ölənlərin sayı açıqlanıb


Globalpress.az- ın məlumatına görə, Fələstin-İsrail müharibəsi başlayandan Qəzza zolağının 13 mindən çox sakini həlak olub.

"Ölənlərin sayı 13 mini keçib, onlardan 5500-ü uşaq, 3500 qadındır. Tibb işçiləri arasında qurbanların sayı 201-ə, mülki müdafiə nümayəndələri arasında 22, jurnalistlər arasında ölənlərin sayı 60-a çatıb. ”, - deyə mətbuat xidmətinin "Facebook" səhifəsində bildirilib.

Qəzza zolağı hökuməti həmçinin bildirib ki, münaqişənin son eskalasiyası başlayandan bəri anklavın 30 mindən çox sakini yaralanıb, onların 75%-i uşaq və qadınlardır. Bundan əlavə, itkin düşənlərin sayı 6000-i keçib.
Digər xəbərlər: