Gündəm / Siyasət / Cəmiyyət
Azərbaycan Qəzzada atəşkəsin lehinə səs verib

Azərbaycan BMT Baş Assambleyasında Qəzza zolağında dərhal atəşkəs haqqında qətnamənin lehinə səs verib.
Globalpress.az xəbər verir ki, bu barədə dekabrın 13-də “Euronews” məlumat yayıb.
Bildirilir ki, Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnaməni BMT-nin 193 üzvündən 153-ü dəstəkləyib, ABŞ və İsrail də daxil olmaqla 10 ölkə qətnamənin əleyhinə səs verib, 23 ölkə isə bitərəf qalıb.
Baş Assambleyada çıxarılan qətnamələr məcburi deyil, lakin dünya rəyinin mühüm barometri sayılır.