Gündəm / Siyasət / Dünya
Böyük Britaniya Ukraynanı dəstəkləyir

Böyük Britaniyanın xarici işlər nazirinin müavini, Uimbldondan olan lord Tarik Əhməd Böyük Britaniyanın Lordlar Palatasının üzvü Baronessa Meri Qudinin parlament sorğusuna cavab olaraq bildirib ki, Böyük Britaniya Ukraynanı NATO-ya üzv olmaq istəyini dəstəkləyir.
Globalpress.az xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, 2023-cü ildə Vilnüsdə Alyansın sammiti zamanı NATO üzvləri açıq şəkildə bəyan ediblər ki, Ukraynanın gələcəyi bu təşkilatın sıralarındadır.
"Böyük Britaniya Ukraynaya gələcək üzvlük yolunda, o cümlədən 82 milyon funt sterlinq töhfə verdiyimiz hərtərəfli NATO yardım paketi vasitəsilə dəstək verməyə sadiqdir"-deyə, o bildirib.