Gündəm / Siyasət / Dünya
09:37, 12 Temmuz 2023
0

G 7 ölkələri və Böyük Britaniya da Ukraynaya yardım ayırır

G 7 ölkələri  və Böyük Britaniya  da Ukraynaya  yardım ayırır


Böyük Britaniya hökuməti Ukraynaya daha bir yardım paketi ayırıb. Həmçinin, Böyük Britaniya və G7-nin digər üzvləri Ukraynaya yeni hərbi dəstək tranşı verəcəklər.



Globalpress.az- ın məlumatına görə, Britaniya hökuməti Ukraynada avadanlıqların təmiri və hərbi reabilitasiya mərkəzinin yaradılması üçün 65 milyon dollar ayırıb.


Həmçinin, yeni dəstək tranşının bir hissəsi olaraq Böyük Britaniya və G7-nin digər üzvləri Kiyevi minlərlə əlavə “Challenger 2” sursatı, 70-dən çox döyüş maşını və logistika vasitələri ilə təmin edəcəklər.

Britaniya hökuməti açıqlamasında bu proqramların NATO-nun Ukraynaya hərtərəfli yardım paketi vasitəsilə maliyyələşdiriləcəyini bildirib.

Qeyd edək ki, G7-nin bütün üzvlərinin birgə bəyannamə imzalaması gözlənilir. Bu, müttəfiqlərin müharibəni dayandırmaq üçün növbəti illərdə Ukraynaya necə dəstək verəcəyini müəyyənləşdirəcək.

"Ukraynanın NATO-ya üzvlüyü istiqamətində inkişafın dəstəklənməsi, rəsmi, çoxtərəfli və ikitərəfli razılaşmalar və NATO üzvlərinin güzəştli dəstəyi ilə birlikdə Prezident Putinə (Rusiya Prezidenti Vladimir Putin-red) güclü siqnal verəcək və Avropaya sülhü qaytaracaq", - Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib.

Mənbə/ Reuters
Digər xəbərlər: