Gündəm / Siyasət / Dünya
Qəzzada ölənlərin sayı artır

Oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 16 min nəfəri keçib.
Globalpress.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Hazırda ölənlərin sayı 16 248 nəfər təşkil edir, onlar arasında 7 112 uşaq və 4 885 qadın var. Eyni zamanda 42 mindən çox insan müxtəlif xəsarətlər alıb.
İtkin düşənlərin sayı 7 600-ə çatıb.
Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı” elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” girdiyini bəyan edib. Əməliyyat “Dəmir qılınclar” adlandırılıb.