Gündəm / Hadisə / Dünya
10:05, 12 Ekim 2023
0

Həlak olan Azərbaycanlıların sayı artıb

Həlak  olan Azərbaycanlıların  sayı  artıb


HƏMAS-ın hücumları nəticəsində İsraildə həlak olan azərbaycanəsilli şəxslərin sayı açıqlanıb.
Globalpress.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

O bildirib ki, həlak olan azərbaycanəsilli şəxslərin sayı 8 nəfərdir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1200-ü keçib, 2500-ə yaxını yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
Digər xəbərlər: