Gündəm / Cəmiyyət / Sosial
DİN müraciət yayıb

Globalpress.az xəbər verir ki, DİN-in məlumatında bildirilib ki, kart məlumatları yalnız kartın sahibinə təqdim olunur və tam məxfi saxlanılması zəruridir.
"Özünüzü dələduzlardan qoruyun. Heç bir halda bank və şəxsi məlumatlarınızı digərlərinə təqdim etməyin. Kartdan-karta pul vəsaitlərinin köçürülməsi üçün bank kartının önündəki 16 rəqəm kifayət edir. CVV kod və digər məlumatların məxfiliyini qorumaq vətəndaşın öhdəliyidir. DİN vətəndaşları ayıq-sayıq olub bu kimi detallara diqqət etməyə çağırır", DİN vurğulayıb.