Gündəm / Siyasət / Dünya
18:30, 16 Kasım 2023
0

TBMM İsveçin NATO-ya üzvlüyünü təsdiqləyən protokolun müzakirəsini təxirə salıb

TBMM  İsveçin  NATO-ya  üzvlüyünü təsdiqləyən protokolun  müzakirəsini  təxirə salıb


Türkiyə Böyük Millət Məclisi (TBMM) İsveçin NATO-ya üzvlüyünü təsdiqləyən protokolun müzakirələrini təxirə salıb.

Qeyd olunub ki, TBMM-in xarici əlaqələr komitəsi bu barədə qərar verib.


Globalpress.az- ın məlumatına görə, Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvləri İsveçin NATO-ya üzvlük məsələsinə baxmağa başlayıb.

Prosedura görə, İsveçin alyansa daxil olması ilə bağlı protokol əvvəlcə komitədə təsdiqlənməlidir, sonra məsələyə Türkiyə Böyük Millət Məclisində baxılacaq. Bundan sonra sənədi ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalamalıdır.

Qeyd edək ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin Türkiyənin təsdiq etməməsi səbəbindən İsveçin müraciəti hələ müsbət nəticələnməyib.
Digər xəbərlər: