Gündəm / Siyasət / Dünya
08:49, 05 Temmuz 2023
0

Biz heç bir ölkənin üzvlüyünü gecikdirməyəcəyik

Biz heç bir  ölkənin  üzvlüyünü  gecikdirməyəcəyik


Budapeşt İsveçin NATO-ya üzvlüyünü yalnız Türkiyənin müvafiq addımından sonra təsdiq edəcək.

Globalpress.az xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

“Macarıstan heç bir ölkənin üzvlüyünü gecikdirməyəcək”, - deyən nazir yaxın gələcəkdə türk həmkarları ilə sıx və daimi təmasda olacağına söz verib.

Xatırladaq ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları fonunda 2022-ci il mayın 18-də İsveç və Finlandiya NATO-nun baş katibi Yens Stoltenberqə ölkələrin alyansa qoşulması üçün ərizələr təqdim edib. Aprelin 4-də Finlandiya rəsmi olaraq NATO-ya üzv olub. İsveçin alyansa daxil olması prosesi isə Türkiyənin tələbləri ilə bağlı dayandırılıb.
Digər xəbərlər: