Gündəm / Siyasət / Dünya
İsveç Türkiyə qarşısında bütün öhdəliklərini yerinə yetirib

İsveç Türkiyə qarşısında bütün öhdəliklərini yerinə yetirib və bundan sonra Şimali Atlantika Alyansının üzvü olmağa hazırdır.
Globalpress.az xəbər verir ki, bu fikri NATO-nun Baş katibi Yens Stoltenberq bu barədə Stokholmda təşkil olunan mətbuat konfransında səsləndirib.
“İsveç bütün öhdəliklərini yerinə yetirib, konstitusiyasına və qanunlarına terrorla mübarizəni genişləndirməyə imkan verən dəyişikliklər edib, Türkiyəyə silah tədarükünə icazə verib. Mən yaxın gələcəkdə onun alyansa qəbul edilməsini gözləyirəm”, - deyə Yens Stoltenberq bildirib.
NATO-nun Baş katibi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdığını və İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu imzaladığına görə ona təşəkkür etdiyini vurğulayıb.
Xatırladaq ki, oktyabrın 23-də Rəcəb Tayyib Ərdoğan İsveçin Şimali Atlantika Alyansına üzvlüyünə dair protokolu imzalayaraq parlamentin müzakirəsinə göndərib. Prosedura əsasən, sənədə əvvəlcə beynəlxalq məsələlər üzrə komissiya tərəfindən baxılacaq və sonra parlamentdə səsverməyə çıxarılacaq.
Daha çox xəbər:

"İsveç və Finlandiya Türkiyənin bütün şərtləri yerinə yetirib" - Stoltenberq

NATO baş katibi: “Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını başa düşməliyik

NATO baş katibi: “Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını başa düşməliyik

İsveç noyabrın sonuna qədər NATO-ya daxil olmalıdır – Stoltenberq

Ərdoğan İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası sənədini imzalayıb.