Gündəm / İqtisadiyyat / Cəmiyyət
16:20, 02 Kasım 2023
0

Azad olunmuş ərazilərə nə qədər vəsait xərclənib

Azad olunmuş ərazilərə nə qədər  vəsait  xərclənib



Son 3 il ərzində, yəni bu ilin sonuna kimi ümumilikdə 12 milyard manata yaxın vəsaitin azad olunmuş ərazilərin bərpasına xərclənməsi nəzərdə tutulub.
Globalpress.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. O, bildirib ki, ilkin olaraq 7,4 milyard manat vəsait bu istiqamətə nəzərdə tutulmuşdu: “Sonradan isə əlavə gəlirlərin bu istiqamətə yönəldilməsi nəzərdə tutuldu, həm də hansısa dövlət qurumunda olan qənaət də bu istiqamətə yönəldilir. Bunların sayəsində bu vəsait 7,4 milyard manatdan 12 milyarda qədər artıb. Ona görə də dövlət büdcəsində hər hansı əlavə gəlir yaranarsa, büdcə qaydasında ziddiyyət təşkil etmədiyi təqdirdə, azad olunmuş ərazilərin bərpasına yönəldiləcək”.
Digər xəbərlər: