Gündəm / Siyasət / Dünya
Qəzzada ölənlərin sayı artır

İsrail-HƏMAS müharibəsinin şiddətlənməsi nəticəsində Qəzza zolağında ölənlərin sayı bir qədər də artaraq 8525-ə yüksəlib.
Globalpress.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı anklavın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
“Qəzzada ölənlərin sayı 3542 uşaq və 2187 qadın olmaqla, 8525 nəfərə yüksəlib”, - deyə "Əl-Cəzirə" nazirliyin adı açıqlanmayan nümayəndəsinə istinadən bildirib.