Gündəm / Siyasət / Dünya
17:43, 26 Ekim 2023
0

Moskva XİN rəhbərlərini qəbul etməyə hazırdır

Moskva XİN rəhbərlərini qəbul etməyə hazırdır


İrəvanın siyasi iradəsini nəzərə alaraq, Rusiya üçtərəfli sammit perspektivi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərini qəbul etməyə hazırdır.
Globalpress.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

O, Nikol Paşinyanın ABŞ-ın “WSJ”-ya müsahibəsində Rusiya əleyhinə səsləndirdiyi fikirlərə münasibət bildirib:

"Biz Qərb kütləvi İnformasiya vasitələri rəsmi İrəvanın nümayəndələrindən güclə təxribatçı suallara cavab alırlar. Bilirik ki, bu sualların məqsədi Moskva və İrəvan arasında çoxplanlı əlaqələrə zərər vurmaqdır”.

Təəssüf ki, hazırki Ermənistan reallığında bu cür təhriklər işləyir. Bizdən də tez-tez soruşurlar, təxribatçı suallar verirlər. Lakin biz “bütün mövcud məsələləri Ermənistanla ikitərəfli kanallar vasitəsi ilə həll edirik”.
Digər xəbərlər: