Gündəm / Siyasət / Dünya
Bakının da razılığı tələb olunur

Rusiya Xarici İşlər Nazirliyi Qarabağda beynəlxalq missiyanın yerləşdirilməsi ideyasına münasibət bildirib.
Globalpress.az- ın məlumatına görə, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “Ermənistan XİN başçısı Ararat Mirzoyan “İrəvan Qarabağa beynəlxalq missiyanın göndərilməsinə məsələsində Moskva ilə əməkdaşlığa ümid edir” bəyanatı ilə çıxış edib. Bəs Rusiya Ermənistanın Qarabağda beynəlxalq missiyanın yerləşdirilməsi ideyasına necə yanaşır?” suala cavabında 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Qarabağda Rusiya hərbi kontingentinin yerləşdirildiyini xatırladıb.
“Bir çox məsələlər əlbəttə ki, tərəflərin özlərinin siyasi iradəsindən asılıdır. Vacibdir ki, üçtərəfli razılaşmaların bütün müddəalarına riayət olunsun. Çünki, bu razılaşmalar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının “yol xəritə”sini müəyyən edib. O ki qaldı yeni missiyaya, bunun üçün İrəvanın olduğu kimi Bakının da razılığı tələb olunur. Lakin bugünkü gün biz belə şeyi görməmişik. Hər iki tərəfin bununla bağlı (Qarabağda beynəlxalq missiyanın yerləşdirilməsi-red) razılığının mövcudluğunu nəzərdə tuturam”,- deyə Zaxarova vurğulayıb
Daha çox xəbər:

Axtarış "Sülhməramlılarımıza qarşı bu cür münasibət qəbuledilməzdir" - Rusiya XİN Paşinyana cavab verib

Astanada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının üçtərəfli görüşü başlayıb

Avropa İttifaqı Şurası Ermənistan-Azərbaycan sərhədinə mülki missiya göndərir - Rəsmi Moskvadan etiraz gəldi

Rusiya Qarabağda BMT sülhməramlılarının yerləşdirilməsinin Azərbaycanın da razılığı ilə mümkün olacağını bildirib

Rusiya Qarabağda BMT sülhməramlılarının yerləşdirilməsinin Azərbaycanın da razılığı ilə mümkün olacağını bildirib